"Real”ın futbolçusu Mariano Dias problemlə üzləşib. 
Offsideplus.az xəbər verir ki, Dias küçədə soyğunçuların hücumuna məruz qalıb. Hadisə yanvarın 22-də baş verib. 
Futbolçu bazarlıq edib mağazadan çıxarkən ona hücum edən şəxs əlindəki çantanı alaraq küçənin əks tərəfinə qaçıb. 
Yaxınlıqda olan 2 şəxs soyğunçunu təqib edib. O da əlindəkiləri ataraq qaçıb. Soyğunçu gizlənə bilib. Şahidlərin sözlərinə görə, o, Diası  mağazaya daxil olmazdan əvvəl təqib edib.