"Qranada"nın üzvü Dimitri Folke "Barselona" ilə  matçdakı hakimlərdən şikayətçi olub.

Offsideplus.az xəbər verir ki, qarşılaşmada meydan sahiblərinin futbolçusu Cerman Sançes 69-cu dəqiqədə qırmızı vərəqə ilə cəzalandırılıb.

26 yaşlı hücumçu “Nou Kamp”dakı görüşdə hakimlərin bu epizodda onlara qarşı haqsızlıq etdiklərini deyib:

 "Hər dəfə bura gələndə eyni şeylər olur. Mübarizə aparırıq, amma qalib gəlməyimizə icazə vermirlər. Hər bir şübhəli qərar "Barselona"nın lehinə verilir. Bizim kimi komandalara gülüb, keçirlər və hamımız onların milyonları üçün oynayırıq".