Məlum olduğu kimi "Barselona"nın baş məşqçi postuna gətirilən Kike Setyenin "Nou Kamp" stadionunda ictimaiyyətə təqdimat mərasimi keçirilib.

Offsideplus.az xəbər verir ki, 61 yaşlı təcrübəli ispan mütəxəssis mərasimin ardından media nümayəndələrinin önünə çıxıb. O, burada bəzi maraqlı ifadələri ilə diqqət çəkib. Setyen bu posta təyin olunmasından böyük qürur hissi keçirdiyini və bunun onun üçün inanılmaz bir şans olduğunu deyib:

"Bu duyğu inanılmazdır. Yuxumda belə burada olmağı görə bilməzdim. Çox gözəl bir andır mənim üçün."

Təcrübəli mütəxəssis daha sonra işlətdiyi ifadə ilə isə bütün İspaniya mediasında manşetləri bəzəyib:

"Dünən kənddə inəklərimi gəzdirirdim, bu gün isə dünyanın ən yaxşı futbolçularını çalışdırıram"

Qeyd edək ki, Kike Setyen bundan əvvəl La Liqanın digər təmsilçisi "Reat Betis"in sükanı arxasında idi. "Barselona" rəhbərliyi onunla 2022-ci ilə qədər müqavilə imzalayıb.