Ernesto Valverde ilə yolları ayıran "Barselona"nın yeni baş məşqçisi Kike Setien olub. 

Offsideplus.az xəbər verir ki, "El Maestro" ləqəbilə tanınan Kikennin futbol macərası çimərlik futbolu ilə başlayıb.

"Rasinq Santander" klubunda 12 mövsüm çıxış edib. Məşqçi kimi "Poli Ejido", "Loqrones", "Luqo", "Las Palmas" və "Betis" kimi klubları çalışdırıb. Həmçinin o, Ekvatorial Qvineyası yığmasını da çalışdırıb.

 Kike Setien Kantabria bölgəsindən (Santander şəhəri) "Barcelona"nı çalışdıran sayca üçüncü məşqçi olacaq. Buna qədər Enrike Orizaola (1961) və Laureano Ruiz (1976) idi.

"Barselona"ya qarşı oyunçu kimi Setien 22 dəfə (5 qələbə - 5 heç-heçə - 12 milyon) qarşılaşıb və 2 qol ilə yadda qalıb. Məşqçi kimi isə 6 dəfə məğlubiyyətlə üzləşib, 1 dəfə qalib gəlib.

"Nou Kamp"da olduğu zaman, Buskets ona öz formasını hədiyyə etmiş və üzərində bu sözləri yazmışdı: "Futbola yanaşma tərzindən Kikeyə hörmətlə".

Kikenin şahmata marağı çox böyükdür. O, hətta Dünya Çempionu Karpov ilə görüş keçirib.

 Kike Setien 24 yaşlı oğlu Laro İspaniya üçüncü divizion təmsilçisi Sant Andreu klubunda forma geyinir.