İspaniyanın "Barselona" klubunun sabiq futbolçusu Xavi Ernandesin komandada işləməkdən imtina etməsinin səbəbi bəlli olub.

Offsideplus.az xəbər verir ki, 40 yaşlı mütəxəssisin Kataloniya təmsilçisində öz layihəsini sıfırdan qurmaq istəyib.

İspan məşqçi, həmçinin, komandanı mövsümün əvvəlindən çalışdırmaq niyyətində olduğunu bildirib. 

"Barselona"nın təklifini qəbul etməməsində hazırda baş məşqçisi olduğu Qətərin "Əl-Sədd" klubunda titul qazanmaq istəyinin də böyük rol oynadığı müəyyən edilib. 

Qeyd edək ki, 19 turdan sonra "Barselona" 40 xalla turnir cədvəlinə başçılıq edir. Katalon klubu eyni xala malik "Real"ı top fərqinə görə qabaqlayır.