“Barselona” klubu oyunçularına peşəkar qeyri-futbol fəaliyyəti ilə məşğul olmağı qadağan edib.

Offsideplus.az xəbər verir ki, futbolçuların müqavilələrində bununla bağlı xüsusi bənd əlavə olunub. 

Klub rəhbərliyinin bu qərarına səbəb klubun müdafiəçisi Jerar Pikenin Andorrada klub alması və tennis üzrə dünya kubokunun təşkilatçılığı işi ilə məşğul olmasıdır. Pike kayterinq, moda və elektron oyunlar biznesi ilə də məşğul olur. Klub biznes fəaliyyətinin futbolçunun müqavilə ilə məxsus olduğu kluba lazımi səviyyədə vaxt ayıra bilmədiyini əsas götürüb.

Klubun qadağası bununla yekunlaşmır. Katalon klubu futbolçuların oyunlar və məşqlər zamanı sosial şəbəkədən istifadəsini məhdudlaşdırıb, azarkeşlər üçün qapalı məkanlardan şəkil paylaşmasına qadağa qoyub.