Yarımmüdafiəçi Martin Edeqorun mövsümün sonunda "Real"a qayıtmaq ehtimalı var.

Offsideplus.az xəbər verir ki, futbolçu mövsümün əvvəlində "Real Sosyedad" tərəfindən icarəyə götürülüb. Edeqorun Bask komandasında 2 il keçirməsi gözlənilirdi.

"As" nəşri "kral klubu"nun yarımmüdafiəçini 2020-ci ilin yayına kimi heyətinə qaytarmaq qərarına gəldiyini yazıb. "Real Sosyedad" ilə Madrid klubunun münasibətləri yaxşıdır. Bu səbəbdən oyunçunun geri qaytarılması məsələsi Madrid təmsilçisi üçün problem olmayacaq.