Futbol üzrə İspaniya 2-ci liqasında 16-cı turun gprüşləri oynanılıb.

Offsideplus.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdfiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Albasete” də növbəti oyununa çıxıb.

Komanda səfərdə “Saraqosa” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyunda minimal hesablı qələbə qazanıb – 1:0. İsrafilov da bu oyunda iştirak edib. Start heyətində meydana çıxan futbolçu, sonadək mübarizə aparıb. Komandasının yeganə qolunun müəllifi də İsrafilov olub. O, 90+4-cü dəqiqədə komandasını hesabda önə çıxarıb.

25 xal toplayan “Albasete” 22 komanda arasında 6-cı pillədə qərarlaşıb.