“Barselona” nın forvardı Luis Suarez klub tarixində dördüncü ən çox qol vuran oyunçu olması barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, uruqvaylı oyunçu buna görə fəxr etdiyini gizlətməyib:

" Dünyanın ən yaxşı klubunun tarixində “top-5” bombardirlər sırasında olduğuma və belə bir zəngin tarixi olan klubda çıxış etdiyimə görə fəxr edirəm. Barselonaya köçəndə bir arzumu reallaşdırdım. Komanda yoldaşlarımla yaxın olmaqdan zövq almaq istədim, belə səviyyəyə çata biləcəyimi ağlıma da gətirmirdim.

Ardıcıl qollar vurdum, 2015/16 mövsümündə ən çox qol vuran oyunçu oldum. Tarixi nəticələr bu şəkildə - addım-addım əldə olunur. Qolları dəyərləndirməliyik, çünki qol vurmaq heç bir futbolçu üçün asan deyil – nə Kubala, nə Samiter, nə Messi, nə də mənim üçün”.

“Barselona” forması ilə 185 qol vuran futbolçu onlar arasında ən yaxşısının hansı olduğu barədə fikir bildirməkdə çətinlik çəkir: “Ən yaxşısını seçmək çətindir. Ancaq indi ağlıma gələn ötən mövsüm “Kamp Nou”da “Atletiko”ya vurduğum qoldur”.