İspaniyanın “Valensiya” klubu qapıçısı Xaume Domeneklə yeni müqavilə imzalayıb. 
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni müqavilənin müddəti 2023-cü ilin yayında başa çatacaq. Əvvəlki müqavilənin müddəti 2022-ci ildə bitəcəkdi. 2023-cü ilə qədər hansısa klub Xaumeni heyətində görmək istəsə, “Valensiya”ya 50 milyon avro təzminat ödəməlidir.
29 yaşlı ispaniyalı qolkiper 2013-cü ildən “Valensiya”da çıxış edir. O, bu mövsüm cəmi 2 oyuna çıxıb. Çünki La Liqa təmsilçisinin əsas qapıçısı Yasper Sillesendir.