İspaniyanın “Atletiko” klubunun hücumçusu Dieqo Kosta 5-6 ay yaşıl meydanlardan uzaq qala bilər. 
Offsideplus.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Madrid təmsilçisinin son məşqlərində iştirak etməyən futbolçunun ciddi zədədən əziyyət çəkdiyi bildirilir. İspaniya millisinin oyunçusunda boyun yırtığı aşkarlanıb. Bu səbəbdən onun əməliyyat olunacağı gözlənilir. Bu halda Kostanın 2020-ci ilin aprel ayına qədər yaşıl meydanlardan uzaq qalması gözlənilir.
31 yaşlı hücumçu cari mövsümdə La Liqa və UEFA Çempionlar Liqası çərçivəsində 13 oyuna çıxıb, iki qol vurub, üç məhsuldar ötürmə ilə yadda qalıb.
13 turdan sonra  “Atletiko” 24 xalla 3-cü sırada qərarlaşıb.