Madrid "Atletiko"sunun zədəli futbolçusu Dieqo Kosta tibbi müayinədən keçib.

Offsideplus.az xəbər verir ki, hücumçuda fəqərəarası disk yırtığı aşkarlanıb. Onun yaxın günlərdə əlavə müayinələrdən keçəcəyi bildirilib. Bundan sonra Kostanın əməliyyat olunub-olunmayacağına qərar veriləcək.

 31 yaşlı oyunçu əməliyyat olunacağı təqdirdə, təxminən aprel ayına qədər yaşıl meydanlardan uzaq qalacaq.