"Real"ın yarımmüdafiəçisi Hames Rodriges yenidən komandadan ayrıla bilər.

Offsideplus.az-ın məlumatına görə, ulduz futbolçunun bu dəfə İngiltərəyə köçmək variantı ortaya çıxıb.

Yay fasiləsində icarədə olduğu "Bavariya"dan qayıdan Kolumbiya millisinin üzvü "Mançester Yunayted" və "Tottenhem"in maraq dairəsinə düşüb. 29 yaşlı oyunçu artıq yanvarda bu komandalardan birinə keçə bilər.

Qeyd edək ki, Hames Rodriges bu mövsüm 9 oyunda iştirak edib, 1 qola imza atıb.