"Barselona" klubu ciddi itki ilə üzləşib. 

Offsideplus.az xəbər verir ki, UEFA Çempionlar Liqasının 4-cü turunda ötən gecə "Slavia" ilə oyunda (0:0) zədələnərək əvəzlənən Jordi Alba 1 aya yaxın meydana çıxa bilməyəcək.

Bu gün tibbi müayinədən keçən ispaniyalı müdafiəçinin topuğunda problem aşkarlanıb.