"Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger "Barselona”nı tənqid edib. 
Offsideplus.az xəbər verir ki, Venger Çempionlar Liqasında "Slaviya” ilə keçirilən qarşılaşmadan (0:0) sonra "Barsa”nın oyun keyfiyyəti barədə danışıb. O, komandanın oyununda böhran elementlərini olduğunu bildirib: 
"Barselona” çempionatda və ÇL-də liderdir. Amma komandanın oyununa baxdıqda, böhran elementləri olduğu sezilir. Onlar çox ləng, dinamika olmadan oynayırlar. Yalnız meydanın bir hissəsində dinamika, sürət hiss olunur ki, bu da bəzi futbolçuların fərdi keyfiyyəti əsasında yaranır”.
"Barselona” İspaniya çempionatında keçirdiyi son oyunda "Levante”yə məğlub olub – 1:3.