"Barselona"nın ulduzu Lionel Messinin klubunu dəyişərək, əzəli və əbədi rəqibləri olan "Real"a keçməsi üçün çağırış edilib.

Offsideplus.az xəbər verir ki, bu çağırışı "Boka Xuniyors" klubunun əfsanəvi qapıçısı, argentinalı Uqo Qatti edib. Qatti həmyerlisinin başqa kluba keçməyəcəyi təqdirdə Maradona, Pele və Yohan Kroyf kimi futbol əfsanələri ilə eyni sırada dura bilməyəcəyini bildirib. Hətta, o Messinin futbolda əsas rəqibi olan Kristiano Ronaldonun da ağıllı davranaraq, klubunu dəyişdiyini vurğulayıb.

Qatti Messinin sırf Madridin "Real" klubuna keçməsini istədiyini bildirib.