Argentina millisinin və "Barselona"nın futbolçusu Lionel Messi əvəzetmələrdən danışıb.

Offsideplus.az xəbər verir ki, o, oyunda ərzində əvəzlənməyi xoşlamadığını deyib:

"Ehtiyat oyunçular skamyasından meydana çıxmağı daha çox üstün tuturam, nəinki əvəzlənməyi. Ona görə belə danışıram ki, matçların çoxunun nəticəsi oyunun sonlarında həll edilir. Çünki çox rəqib sona doğru yorulur".(qol.az)