"Barselona" klubu La Liqada növbəti oyuna çıxıb.

Offsideplus.az xəbər verir ki, Kataloniya klubu 9-cu turda səfərdə "Eybar"la qarşılaşıb və 3:0 hesabı ilə qalib gəlib.

"Eybar" - "Barselona" - 0:3
Qollar: Qrizmann, 13, Messi, 58, Suares, 66

Bu qələbə ilə xalını 19-a yüksəldən Ernesto Valverdenin komandası turnir cədvəlinin 1-ci pilləsinə yüksəlib. 8 oyundan 18 xalı olan "Real" 2-ci, "Qranada" 17 xalla 3-cüdür.