"Mançester Yunayted"in ulduzu Paul Poqbanın adı uzun müddətdi "Real"la yanaşı hallanır. "Kral Klubu"nun fransız ulduzu yayda heyətinə qatacağı gözlənilsə də, transfer baş tutmadı.
Offsideplus.az  "Daily Mirror" nəşrinə istinadən xəbər verir ki, Poqba milli komandaların oyunlarına görə yaranmış son fasilədə "Real"ın baş məşqçisi Zinəddin Zidanla görüşüb. Görüş Dubayda baş tutub. Onların söhbət edərkən çəkilmiş fotosu çəkilib. İngiltərə qəzetinin yayımladığı fotodan sonra transferin reallaşmaq üzrə olduğu barədə məlumatlar yayılıb.