“Barselona” mərkəz hücumçusu mövqeyinə namizədlərin adlarını açıqlayıb. 

Offsideplus.az xəbər verir ki, Luis Suaresin potensial əvəzləyicisi siyahısında 5 oyunçunun adı yer alıb. Bunlar Killian Mbappe (PSJ), Harri Keyn (“Tottenhem”), Markus Reşford (“Mançester Yunayted”), Roberto Firmino (“Liverpul”) və Lautaro Martinesdir (“İnter”).

Klub rəhbərliyinin yaxın gələcək üçün məhz bu hücumçulardan birini transfer etmək istədiyi iddia edilib.