İspaniya 2-ci liqasında 10-cu turun görüşlərinə start verilib. 

Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilovun çıxış etdiyi “Albasete” səfərdə "Alkorkon"la qarşılaşıb. Görüş qonaq komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

İsrafilov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 90 dəqiqə oynayıb.

Qeyd edək ki, “Albasete” hazırda 16 xalla 22 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb