"Barselona"nın kapitanı Lionel Messi yenidən uzun müddətə komandadan ayrı qala bilər.

Offsideplus.az-ın məlumatına görə, "Vilyarreal"la son oyunda zədəsini təzələyən argentinalı superulduzun qarşıdakı görüşləri də buraxması gözlənilir.

Sol ayaq əzələsi dartılan Leonun təxminən 1 ay yaşıl meydanlardan uzaq qalması ehtimal edilir. Onun Çempionlar Liqasında "İnter" və "Slaviya" ilə oyunları, həmçinin mövsümün ilk "El Klasiko"sunu buraxması gözlənilir.

Qeyd edək ki, "Barselona" - "Real" oyunu oktyabrın 26-da keçiriləcək.