“Real”ın yeni transferi Eden Hazard yeni komandasında rəsmi debüt edə bilər.

Offsideplus.az-ın xəbərinə görə, onun adı bu gün Bakı vaxtı ilə saat 15.00-da başlanacaq “Levante”yə qarşı La Liqanın 4-cü turunun matçının iştirak ərizəsinə salınıb. Belçikalı futbolçu ehtiyat oyunçular sırasında yer alıb.

Xatırladaq ki, Hazard “Real”a bu yay “Çelsi”dən transfer olunub.