"Barselona"nın baş məşqçisi Ernesto Valverde komandanın zədəli hücumçusu Lionel Messinin son durumu haqda danışıb. 

Offsideplus.az xəbər verir ki, o, argentinalı oyunçunun Çempionlar Liqasının qrup mərhələsinin birinci turunda "Borussiya" (Dortmund) ilə matçı böyük ehtimalla buraxacağını deyib:

"Mən həkim dəyiləm, amma deyəsən, o, zədəsini bir az ağırlaşdırıb. Buna görə biz daha ehtiyatla hərəkət etməyə qərar verdik. Lionelin nə vaxt qayıdacağını bilmirəm. Amma onun çərşənbə günü qayıtması çətindir".

Qeyd edək ki, "Borussiya" - "Barselona" matçı sentyabrın 17-i keçiriləcək.(qol.az)