"Barselona"nın kapitanı Lionel Messinin dönüşü yubanır.

Argentinalı superulduz komandasının növbəti tur oyununu da buraxmalı olacaq.

Leonun sağalma prosesi gözləniləndən yavaş gedir. Bu üzdən həkimlər onun "Valensiya" ilə qarşılaşmada da iştirakına qadağa qoyub. Messidən fərqli, artıq tamam sağalan digər hücumçu Luis Sures həftəsonu məşqçilər korpusunun ixtiyarında olacaq.

Qeyd edək ki, La Liqanın III turu çərçivəsində keçiriləcək "Barselona" - "Valensiya" oyunu sentyabrın 14-də baş tutacaq.