"Real"ın yeni transferi Eden Hazard məşqlərə başlayıb.

Offsideplus.az-ın xarici mətbuata istinadən məlumatına görə, Belçika millisinin üzvü tezliklə komandanın heyətində debüt edə biləcək.

28 yaşlı ulduz futbolçu yığma komandaların oyunları ilə əlaqədar verilmiş fasilə başa çatdıqdan sonra baş məşqçi Zinəddin Zidanın ixtiyarında olacaq. Hazard La Liqanın IV turunda "Levante" ilə qarşılaşmada ilk matçına çıxa biləcək.

Qeyd edək ki, "Real" - "Levante" oyunu sentyabrın 14-də keçiriləcək.