PSJ-nin qapıçısı Alfons Areola karyerasını İspaniyada davam etdirməyə yaxındır.

Offsideplus.az xəbər verir ki, "Real" 26 yaşlı futbolçunu heyətinə qatmaq niyyətindədir. “Kral klubu” artıq fransalı qolkiperi tibbi müayinədən keçirib. Madridlilər Areolanı PSJ-yə keçməyə hazırlaşan Keylor Navasın əvəzləyicisi kimi icarəyə götürməyi planlaşdırır.

2010-cu ildən PSJ-nin şərəfini qoruyan Areolanın klubla müqaviləsi 2023-cü ilədək nəzərdə tutulur.