İspaniyanın "Barselona" komandasının futbolçusu Lionel Messinin zədəsi uzun çəkə bilər.

Offsideplus.az RAC1-ə istinadən xəbər verir ki, 32 yaşlı hücumçu daha bir ay yaşıl meydanlardan kənar qalacaq. Argentinalı forvard zədə səbəbindən Kataloniya təmsilçisinin ABŞ-dakı təlim-məşq toplanışını və La Liqanın birinci turunu buraxmalı olub.

Qeyd edək ki, Messinin ayaq əzələsində problem var.. "Barselona"da Luis Suares, Usman Dembele və qapıçı Neto da zədəlidir.