"Barselona" klubunun ulduz futbolçusu Lionel Messi La Liqanın 1-ci turunda "Atletik"lə matçı buraxacaq. 

Offsideplus.az xəbər verir ki, 32 yaşlı zədəli hücumçu hələ də bərpa prosesi keçir. Onun bu gün axşam məşqini də buraxdığı bildirilib. Argentinalı oyunçunun ilk turun görüşü üçün heyətə daxil edilməyəcəyi vurğulanıb.

 Qeyd edək ki, La Liqada 2019/20 mövsümü avqustun 16-sı “Atletik” – “Barselona” matçı ilə başlayacaq.