“Valensiya” heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az klubun rəsmi saytı istinadən xəbər verir ki, La Liqa təmsilçisi “Vilyarreal”ın müdafiəçisi Xayme Kostanı transfer edib. 31 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Xayme məhz “Valensiya”nın yetirməsidir. O, 2007-2010-ci illər aralığında bu klubun B komandasında oynasa da, əsas kollektivdə debüt şansı qazanmayıb. Sol cinah müdafiəçisi 2010-cu ildən bəri “Vilyarreal”da çıxış edib.