"Mançester Siti"dən ayrılan fransalı müdafiəçi Elyakim Manqalyanın yeni klubu müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, 28 yaşlı futbolçu İspaniya La Liqa təmsilçisi "Valensiya"ya transfer olub. "Yarasalar" Fransa millisinin sabiq üzvü ilə iki illik müqavilə imzaladığını bəyan edib.

Manqalya 2016/2017 mövsümünü icarə əsasında "Valensiya"da keçirmişdi.

"Mançester Siti" müdafiəçini 2014-cü ildə "Portu"dan 45 milyona avroya transfer etmişdi.