Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun İspaniya çempionatının I Divizonunda çıxış edən “Albasete”yə keçidi rəsmiləşib.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə bağlanılıb. “Albasete”nin yığma üzvünün 2020-ci ilin iyulunadək müqaviləsi olduğu “Alkorkon”a ödədiyi təzminatın məbləği açıqlanmır.

Qeyd edək ki, İsrafilov “Alkorkon”a ötən ilin yanvarında “Ximnastik”dən keçib. Lakin komandanın yeni baş məşqçisi Fren Fernandes yarımmüdafiəçinin xidmətində maraqlı olmadığı üçün onun adını Marbelyadakı təlim-məşq toplanışı üçün 23 nəfərlik heyətə daxil etməyib. Milli üzvü daha əvvəl İspaniyanın digər təmsilçiləri - “Kadis”, “Mursiya”, “Qranada”, “Eybar” və “Kordoba”nın formasını geyinib. İsrafilovun atası anqolalı, anası azərbaycanlıdır.