"Betis"in müdafiəçisi Xunior Firpo 2012-ci ildə "Tvitter" sosial şəbəkəsində təhqir etdiyi "Barselona"nın hücumçusu Lionel Messidən üzr istəyib. 

Offsideplus.az xəbər verir ki, Dominikan əsilli ispan futbolçu hadisənin 15 yaşında olarkən baş verdiyini, uşaqlıq etdiyini bildirib:

"Bu, elə də önəm daşımır. Hər şeyin necə baş verdiyini asanlıqla izah edə bilərəm. Ən yaxım dostum Barselonadandır, Messinin fanatıdır. Çünki Leo, heç şübhəsiz, dünyanın ən yaxşı futbolçusudur. Həmin vaxt "Tvitter"də dostuma Messinin əleyhinə bəzi sözlər yazmışdım. Hamısı uşaq söhbətləri idi. 15 yaşında, səni heç kim tanımayanda bəzi şeylər edirsən və bunların gələcəkdə peşəkar futbolçu olanda sənin həyatına təsir edə biləcəyini düşünmürsən".

Son vaxtlar "Barselona"ya keçəcəyi ilə bağlı xəbərlər yayılan Firpo Messinin dünyanın ən yaxşısı olduğunu deyib: "Buna heç kimin şübhəsi ola bilməz. "Qızıl top"dan söhbət düşəndə, hər zaman deyirəm ki, bu mükafatı Messiyə vermək lazımdır. Digər futbolçular üçün isə başqa mükafat təsis olunmalıdır. Bu il də "Qızıl top"u Messi almalıdır.

"Barelona"ya keçəcəyim haqda xəbərlərin yayılması mənim üçün şərəfdir. Bu, böyük klubdur, orada dahi futbolçular toplaşıb. Hələlik "Betis" haqda düşünürəm. Görək, gələcək nə göstərəcək".

Qeyd edək ki, Firpo 7 il öncə "Tvitter"də Messi haqda "fahişə oğlu" yazaraq, onu təhqir etmişdi.(qol.az)