Madrid "Atletiko"sunun futbolçusu Anxel Korrea "Milan"a keçməyə yaxındır. 

Offsideplus.az xəbər verir ki, 24 yaşlı hücumçunun transfer ilə bağlı iki klub arasında razılıq əldə olunub. Razılığa əsasən, "Milan" Madrid təmsilçisinə 57 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Korrea ötən mövsüm "Atletiko"da 49 matçda 5 qol vurub, 4 qolun ötürməsini verib.