Qaret Beylin meneceri Conatan Barnett "Real"ın baş məşqçisi Zinəddin Zidanın uelsli yarımmüdafiəçinin komandadan ayrılacağı ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, agent fransalı mütəxəssisin hərəkətini biabırçılıq adlandırıb:

"Zidanın hərəkəti biabırçılıqdır. O, "Real" üçün bu günə qədər çox iş görmüş futbolçuya hörmət etmir".

C. Barnet də öz növbəsində Beylin "Real"dan gedə biləcəyini təsdiqləyib. Menecer futbolçunun başqa komandaya transferi ilə məşğul olduqlarını bildirib.

Qeyd edək ki, Zidan dünən gecə Beynəlxalq Çempionlar Kubokunda "Bavariya" ilə oyundan (1:3) sonra jurnalistlərə açıqlamasında Beylin yaxın günlərdə "kral klubu"ndan ayrılacağını deyib.