“Real” klubunun baş məşqçisi Zinedin Zidan İngiltərənin “Mançester Yunayted” klubunun oyunçusu Pol Poqba ilə maraqlanır. 

“Avqustun 31-dək hələ vaxt var. Təfərrüatı açıqlaya bilmirəm, amma “Real”ın Poqba üçün bir planı var”, - 47 yaşlı mütəxəssis bildirib.

Z.Zidan Poqba ilə maraqlandığını dəfələrlə dilə gətirib.

İyun ayında “Marca” nəşr 26 yaşlı Poqbanın Madrid “Real”ına keçmək arzusunda olduğunu yazıb. Ancaq “Mançester Yunayted” bu transferə qarşıdır.(oxu.az)