"Real"ın baş məşqçisi Zinəddin Zidan Qaret Beyllə bağlı qərar verib.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun prezidenti Florentino Peres "The Independent" qəzetinə açıqlamasında bildirib.
Klub rəhbəri deyib ki, Zidan Beylə daha bir şans verib və onun komandaya uyğunlaşdırmağa çalışır. 
Qeyd edək ki, "Real"ın 2013-cü ildə "Tottenhem"dən 101 milyon avroya aldığı uelsli ulduzu satmaq istədiyi deyilir.