Madrid "Atletiko"su yolları ayırmağa hazırlaşdığı Dieqo Kostanın qiymətini müəyyənləşdirib. 

Offsideplus.az xəbər verir ki, Madrid klubu 30 yaşlı hücumçuya 70 milyon avro qiymət qoyub.

La Liqa təmsilçisi ispan oyunçunu transfer etmək istəyən İngiltərə Premyer Liqa klubu "Vulverhempton"dan bu məbləği tələb edib.