"Real" növbəti transferini reallaşdırıb. 

Offsideplus.az xəbər verir ki, "kral klubu" rəsmi saytı vasitəsilə Ferlan Mendinin keçidini açıqlayıb.

"Lion"un sol cinah müdafiəçisi ardıcıl iki tibbi müayinənin ardından yeni komandası ilə münasibətləri rəsmiləşdirib. 23 yaşlı oyunçu ispanlarla 6 illik sazişə qol çəkib. Bu transfer fransızlara 48 milyon avro qazandırıb. "Lion" futbolçunun çıxışına görə, daha 5 milyon avro bonus əldə edə bilər.

"Real" Mendini iyunun 19-da "Santyaqo Bernabeu"da təqdim edəcək