Madrid "Real"ı "Ayntraxt"dan aldığı Luka Yoviçi ictimaiyyətə təqdim edib. 

Offsideplus.az xəbər verir ki, təqdimat mərasimi "Santyaqo Bernabeu" stadionunda keçirilib. Meydana daxil olaraq, azarkeşləri salamlayan 21 yaşlı futbolçu fotosessiya zamanı "kral klubu"nun emblemini öpüb.

"Real"a keçidi ilə bağlı təəssüratlarını bölüşən Yoviç özünü dünyanın ən xoşbəxt insanı hesab etdiyini bildirib.

Qeyd edək ki, Yoviç "Real"a 6 illik müqavilə imzalayıb.