"Real” Fransa yığmasının futbolçusunu transfer edib. 
Offsideplus.az xəbər verir ki, "kral klubu” bu barədə rəsmi məlumat verməsə də, xəbəri Fransa yığmasının baş məşqçisi Didye Deşam yayıb. O bildirib ki, Ferlan Mendi karyerasını "Real”da davam etdirəcək: 
"Mendi iki il ərzində böyük inkişaf yolu keçdi. İki il əvvəl o, Liqa 2-də oynayırdı. İndi isə "Real”da çıxış edəcək”. 
Məlumata görə, "Real” "Lion”un futbolçusunu transfer etmək üçün 55 milyon avro ödəyib.