Eden Hazardın Madrid “Real”ına gözlənilən keçidi rəsmiləşib.

Offsideplus.az xəbər verir ki, bu barədə “kral klubu” rəsmi açıqlama yayıb.

Bildirilib ki, belçikalı yarımmüdafiəçi ilə 2024-cü ilə kimi müqavilə imzalanıb. Onun üçün “Çelsi”yə nə qədər ödəndiyi və oyunçunun qazancı haqqında rəsmi açıqlama verilməyib.