Serxio Ramos Madrid "Real"ından ayrıla bilər. 

Offsideplus.az xəbər verir ki, 33 yaşlı kapitan Madrid klubunu tərk etməyi planlaşdırır. Onun "Real"la, xüsusilə, klubun prezidenti Florentino Pereslə münasibətləri korlandığı üçün bu fikrə düşdüyü bildirilib.

S.Ramosla PSJ və "Mançester Yunayted"in maraqlandığı iddia olunur.

Qeyd edək ki, ispan futbolçu 2005-ci ildən "Real"da oynayır.