“Real”ın transfer hədəfində olduğu deyilən “Ayntraxt”ın futbolçusu Luka Yoviçlə bağlı açıqlama verilib.

Offsideplus.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Frankfurt təmsilçisinin idman direktoru Fredi Bobiç, Yoviçdən başqa, Sebastian Haller və Ante Rebiçə də marağın olduğunu, amma rəsmi təklif gəlmədiyini deyib:

“Pula ehtiyacımız yoxdur, buna görə də, hansısa futbolçunu satmağımız lazım deyil. Buna baxmayaraq, hər şey ola bilər, üç futbolçunu da itirə bilərik. Maraqlanan klublardan hər an rəsmi təkliflər gələ bilər. Yoviç, Haller və Rebiç ayrılmağa qərar versələr, edə biləcəyimiz bir şey olmayacaq”.

İspaniya mətbuatı “Real”ın Yoviç üçün Frankfurt təmsilçisinə 60 milyon avroluq təklif göndərdiyini və futbolçuya 5 illik müqavilə təklif etdiyini yazmışdı.

Serbiyalı futbolçu bu mövsüm “Ayntraxt”ın heyətində iştirak etdiyi 48 oyunda  27 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.