"Barselona" heyətinə yeni futbolçu cəlb edib.

Offsideplus.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Kataloniya təmsilçisi "Qroningen"in yarımmüdafiəçisi Ludovit Reysi alıb. 18 yaşlı oyunçu ilə 2+1 illik müqavilə imzalanıb. Bu transfer üçün "Barsa" Hollandiya klubuna 3.25 milyon avro təzminat ödəyib.

La Liqa klubu Reysə 100 milyon avro qiymət qoyub.

Qeyd edək ki, Reys cari mövsüm Hollandiya çempionatında 31 matçda 1 qol vurub.