"Lion"un hücumçusu Rayan Çerki karyerasını "Real"ın akademiyasında davam etdirə bilər.

Offsideplus.az-ın xarici mətbuata istinadən məlumatına görə, madridlilər 16 yaşlı futbolçunun keçidində maraqlıdır.

Madridlilər bu transferə görə qarşı tərəfə 12 milyon avro ödəməyə hazırdır. Yeganə problem yeniyetmə oyunçu ilə "Milan" və "Çelsi"nin də maraqlanmasıdır. Avqustun 17-də 16 yaşı tamam olacaq Çerki həmin gündən sonra FİFA qaydalarına uyğun Avropa Birliyi ölkələrindən birinə keçmək hüququna malik olacaq.

Qeyd edək ki, Rayan Çerki Fransanın U-16 yığmasının üzvüdür.