"Real"ın mövsümlərarası fasilədə heyətinə qatmaq istədiyi hücumçunun adı bəlli olub. 

Offsideplus.az xəbər verir ki, "kral klubu"nun hədəfindəki futbolçu "Ayntraxt"ın bombardiri Luka Yoviçdir. Madridlilər 21 yaşlı forvardı hücum xətti üçünən yaxşı namizəd hesab edirlər.

3 gün öncə Avropa Liqasının 1/4 final mərhələsinin "Benfika" - "Ayntraxt" görüşündə (4:2) Yoviçin oyununu izləyən "Real"ın seleksiyaçıları sebiyalı futbolçu ilə bağlı müsbət rəy veriblər. Komandanın baş məşqçisi Zinəddin Zidanın da bu keçidə razılıq verdiyi bildirilir.

Qeyd edək ki, bir müddət öncə "Barselona" da Yoviçlə maraqlanırdı. Ancaq futbolçunun müqavilə ilə məxsus olduğu "Benfika"nın yüksək məbləğ tələb etməsi kataloniyalıları fikrindən daşındırıb.(qol.az)