"Atletiko"nun baş məşqçisi Dieqo Simeone Dieqo Kostanın 8 oyunluq diskvalifikasiya olunmasına münasibət bildirib.

Offsideplus.az-ın "goal.com"a istinadən yaydığı xəbərə görə, argentinalı mütəxəssis hücumçuya verilən cəzanın ağır olduğunu söyləyib:

"Bu, həddindən artıq ağır cəzadır. Klub Kostanı müdafiə edəcək. O, növbəti mövsümə hazırlaşacaq. Ümid edirik ki, futbolçu bizə lazım olan səviyyəyə qayıdacaq. Bilirsiniz, Kosta haqda nə düşünürəm? Biz öz futbolçularımızın qayğısına qalmalıyıq. Belə vaxtlarda isə onların buna həmişəkindən çox ehtiyacı olur".

Qeyd edək ki, Kosta La Liqanın 31-ci turunun "Barselona" ilə oyununda baş hakim Xesus Xil Mansanonun anasını söydüyü üçün cəzalanıb. Çempionatın başa çatmasına 7 tur qaldığından, Braziliya əsilli ispan futbolçu üçün mövsüm vaxtından əvvəl başa çatıb.