"Barselona"nın 6 futbolçusu La Liqanın 32-ci turunda meydana çıxa bilməyəcək.

Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, Lionel Messi, Jerar Pike, İvan Rakitiç, Serxio Buskets, Luis Suares və Serxi Roberto sabah "Ueska”ya qarşı oynamayacaq.

Baş məşqçi Ernesto Valverdenin qərarı ilə burun sümüyündə çat olan Messi və Buskets kənarda qalacaq. İvan Rakitiçin qızdırması varsa, Luis Suares və Jerar Pike cəzalıdı. Serxi Roberto isə zədəli olduğu üçün qarşılaşmanı kənardan izləyəcək.