"Real"ın oyunçusu deyiləm. Amma Zinəddin Zidanın pərəstişkarıyam. Onun geri dönməsinə görə çox sevindim. Çünki futbolun Zidana ehtiyacı var".
 Offsideplus.az "RMC Sport"a istinadən xəbər verir ki, bu sözləri "Çelsi"nin futbolçusu Eden Hazard deyib. 
Belçika millisinin üzvü Zidanın dönüşünün "Real" azarkeşlərinə müsbət yöndən təsir edəcəyini bildirib: "Əgər "Real" yaxşıdısa, azarkeşləri də yaxşı olur. Amma digər klublar üçün bu sözləri deyə bilmərəmə. Çünki Zidan "Real"la bir çox uğur qazanıb".
Hazard "Real"a keçəcəyi ilə bağlı iddialara konkret cavab verməsə də, mövsümün sonunda "Çelsi"dən ayrılacağına işarə vurub: "Gələcəyim haqqında danışmaq hazırda ən son istəyəcəyim şeydi. Bir ay daha "Çelsi"nin formasını geyinəcəm. Sonra nələrin olacağını görəcəyik".